Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib.
LEQAL.AZ xəbər verir ki, DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov ölkə.az-a açıqlamasında bildirib ki, avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yaranıb:
“Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı müvafiq araşdırma aparılır. Tərəflər arasında yaranan mübahisənin təfərrüatları araşdırılır".