Daşkəsən rayon sakininin başına balta ilə xəsarət yetirən şəxs saxlanılıb.
LEQAL.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.
İçki məclisində ailə münasibətləri zəminində 1980-ci il təvəllüdlü Orucov Feyruz Müslüm oğlu balta ilə 1981-ci il təvəllüdlü Eldəniz Abdullayevə xəsarət yetirib.
Feyruz Orucov hadisəni törətdikdən sonra qaçıb. O, polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, F.Orucov E.Abdullayevin yeznəsi olub.