Dənizkənarı Milli Parkda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib.
LEQAL.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.