Bakı bulvarında HƏYƏCANLI ANLAR

Bakı bulvarında HƏYƏCANLI ANLAR
  • Hadisə

  • Bakı bulvarında intihar hadisəsi olub.

    Bu barədə LEQAL.AZ-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

    Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1954-cü il təvəllüdlü İsmayılov Elbrus İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər