Bakıda bıçaqlanma hadisəsi baş verib.
LEQAL.AZ-ın məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Hacızadə Həsən Sədi oğlu bıçaqlanıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sol baldır nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. H. Hacızadənin dediyinə görə, avtomobilini təmir edən usta tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.