Bakıda oğlan ondan ayrılan sevgilisini avtomobillə vurdu

Bakıda oğlan ondan ayrılan sevgilisini avtomobillə vurdu
  • Hadisə

  • Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.

    LEQAL.AZ  apa-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

    1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadının Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilməsi zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər