ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putin arasında geniş tərkibli və məhdud tərkibdə baş tutan görüşlər fasilə də daxil olmaqla 4 saat yarım sürüb.
LEQAL.AZ Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflərin təkbətək görüşü 2 saat çəkib.
Bayden görüşə 12 dəqiqə gec gəlib, Putin isə onu səbrlə gözləyib.
Görüşdən sonra keçirilən mətbuat konfransında Putin bir neçə ay bundan əvvəl qarşılıqlı olaraq geri çağırdıqları səfirlərin yenidən vəzifə başına qayıtmalarına dair razılıq əldə ediblər: "Bundan başqa, biz kiberhücumlarla bağlı müzakirə apardıq, razılışma var. Bundan başqa, Ukrayna məsələsini çox geniş şəkildə olmasa da, müzakirə etdik. Bayden Donbassdakı problemlərin Minsk anlaşmaları çərçvəsində həll edilməsini qəbul etdi. Həmçinin, strateji silahların azaldılması barədə müqavilə məsələsində qərar aldıq"
Putin deyib ki, Rusiya və ABŞ-ın strateji sabitliyin təmini məsələsində məsuliyyətləri var: "Bu istiqamətdə görüşlər olacaq".
mia.az