Yunanıstan paytaxtında jurnalist qətlə yetirildi

Yunanıstan paytaxtında jurnalist qətlə yetirildi
  • Dünya

  • Yunanıstanda tanınmış jurnalist Yorqos Karaivaz qətlə yetirilib.

    “Open” telekanalının məlumatına əsasən, hadisə Afinada günorta saatlarında baş verib.

    Şəhərin Alimos rayonunda qeydə alınan insident zamanı qatillərin hadisə yerinə motosikllərlə gəldikləri bildirilib. Onların jurnalistin gündəlik iş rejimini öncədən bildikləri qeyd olunub. Belə ki, mərhum evə gələn kimi, cinayətkarlar ona altı dəfə atəş açaraq jurnalisti qətlə yetiriblər.

    Qeyd edək ki, Y.Karaivaz uzun illər ərzində kriminal araşdırmaçı kimi fəaliyyət göstərib. Onun qətlinin də məhz peşəkar fəaliyyətilə bağlı olması güman edilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər