Türkiyədə baş verən yanğın 50-dək evə yayılıb

Türkiyədə baş verən yanğın 50-dək evə yayılıb
  • Dünya

  • Türkiyənin Artvin vilayətində baş verən yanğın ətrafdakı 50-dək evə yayılıb.

    LEQAL.AZ xəbər verir ki, hadisə şəhərin Yusufeli rayonunun Dereiçi kəndində baş verib. Evlərin birində başlayan yanğın küləyin təsirindən qısa vaxtda ətrafa yayılıb.

    Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcilli tibbi yardım briqadaları cəlb olunub. Hazırda 50-dək evin yandığı bildirilir.

    Yanğınla bağlı Türkiyənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, 170 ailənin yaşadığı kənddə baş verən yanğının qarşısının alınması üçün ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.

    Xəsarət alanlarla bağlı hələ ki məlumat yoxdur.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər