Dünyada ötən sutkada koronavirusa 360 minə yaxın yeni yoluxma qeydə alınıb

Dünyada ötən sutkada koronavirusa 360 minə yaxın yeni yoluxma qeydə alınıb
  • Dünya

  • Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 359 mindən çox artıb.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilir.

    Məlumata əsasən, ötən sutka ərzində 359 488 nəfər yeni koronavirusa yoluxub, 9 075 nəfər isə dünyasını dəyişib.

    Yoluxanların ümumi sayı 110 749 023, ölənlərin isə 2 455 131 nəfərə çatıb.

    Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 27 702 074 nəfər.

    Siyahıda daha sonra Hindistan (10 991 651), Braziliya (10 081 676), Rusiya (4 164 726), Böyük Britaniya (4 105 679), Fransa (3 521 249),

    İspaniya (3 121 687), İtaliya (2 795 796), Türkiyə (2 631 876), Almaniya (2 386 559), Kolumbiya (2 217 001) və Argentina (2 054 681) gəlir.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər