Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında videoformatla görüş keçirilib.
LEQAL.AZ xəbər verir ki, Türkiyə-Almaniya əməkdaşlıq münasibətlərinin müzakirə edildiyi görüşdə, eyni zamanda, Türkiyə-Avropa İttifaqı əlaqələri başda olmaqla regional proseslər dəyərləndirilib.
Liderlər Türkiyə-Avropa İttifaqı əlaqələrini faydalı bir formada irəli aparmaqda qərarlı olduqlarını vurğulayıblar.(azərtac)