Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
LEQAL.AZ Anadolu Agentliyinə istinadla xəbər verir ki, telefon söhbəti zamanı Türkiyə-Rusiya əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib, Qarabağda atəşkəsin nəzarətdə saxlanılması və müşahidə aparılması üçün yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı vəziyyət dəyərləndirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə sabitliyin və sülhün bərqərar olması üçün yaranmış vəziyyətə lazımi töhfə və dəstək verəcəyini ifadə edib.
Qarabağda azərbaycanlıların və ermənilərin sülhməramlı qüvvələrə və Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac duymadan dinc birgəyaşayışını təmin edəcək şərtlər yaratmaq istədiklərini bildirən Türkiyənin dövlət başçısı bu reallıqların bütün dünyaya Türkiyə-Rusiya əməkdaşlığının konstruktiv nəticəsi kimi bir daha nümayiş olunacağını vurğulayıb.(azərtac)