Yanvarın 10-da yerli vaxtla saat 22.53-də Türkiyənin Ankara Vilayətində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib.
LEQAL.AZ-ın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Ankaranın ətraf bölgələrində də güclü hiss olunub. Əhali yeraltı təkanı təşvişlə qarşılayıb. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.