LEQAL.AZ-ın məlumatına görə, Böyük Britaniyada tətbiq olunan karantin rejiminin əleyhinə aksiya keçirilib. Aksiya iştirakçıları karantin rejiminin dayandırılmasını, iş yerlərinin açılamasını tələb ediblər.
Yüzlərlə etirazçının iştirakı ilə Hayd park ərazisində keçirilən mitinqdə polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Nəticədə aksiyaçılardan 17 nəfər həbs edilib.
Polis çağırış edərək virusun yayılmasının qarşısını almaq üçün toplaşmamağı məsləhət görüb.