Türkiyədə son sutkada koronavirusdan 202 nəfər vəfat edib

Türkiyədə son sutkada koronavirusdan 202 nəfər vəfat edib
  • Dünya

  • Türkiyədə son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 202 nəfər vəfat edib, 11 min 672 şəxs sağalıb.

    LEQAL.AZ Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yanvarın 2-də Türkiyə üzrə 149 min 218 nəfər testdən keçirilib. 11 min 180 nəfərdə virus əlaməti aşkarlanıb, 1713 nəfər müalicəyə cəlb olunub. İndiyədək ölkə üzrə 2 milyon 232 min 35 nəfərdə infeksiya aşkarlanıb, 21 min 295 nəfər bu xəstəlikdən ölüb.

    Hazırda ölkə üzrə “Evdə qal!” rejimi davam edir. Ötən il dekabrın 31-də yerli vaxtla saat 21.00-da növbəti dəfə tətbiq olunan məhdudiyyət rejimi yanvarın 4-də saat 5.00-dək davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər