Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 73 nəfər dünyasını dəyişib.
apa “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 613-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 750 934 insanda (son sutkada 7237 nəfər) koronavirus aşkar olunub, daha 577 544 nəfər isə müalicə olunaraq sağalıb.