Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 76 nəfər dünyasını dəyişib.
LEQAL.AZ “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 8978-ə çatıb.(apa)
Qeyd edək ki, Moskvada indiyədək 605,7 mindən çox insanda koronavirus aşkar olunub, 452,2 min xəstə isə müalicə olunaraq sağalıb.