“WhatsApp”ın veb və kompüter versiyasında zənglər əlçatan olacaq

“WhatsApp”ın veb və kompüter versiyasında zənglər əlçatan olacaq
  • Dünya

  • Populyar “WhatsApp” messencerinin veb və kompüter versiyasında zənglər əlçatan olacaq.

    LEQAL.AZ xarici saytlara istinadla xəbər verir ki, proqramın tərtibatçıları səsli və videozənglərin ötürülməsi funksiyasını aktiv şəkildə sınaqdan keçirirlər. Masaüstü versiyanın bəzi istifadəçiləri artıq proqramın yenilənmiş interfeysindən istifadə etmək imkanına yiyələniblər.

    Messencer hələ ki, smartfonlar üçün eksklüziv olan funksiyanın təqdimetmə tarixini açıqlamayıb. Lakin insayderlərin məlumatına görə, yeni seçim yaxın həftələr ərzində bütün istifadəçilərə əlçatan olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər