İstanbul Baş Prokurorluğu Qəzza zolağında soyqırım ittihamı ilə İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verib.
“Leqal” xarici KİV-ə istinadən xəbər verir ki, müdafiə naziri İsrael Katz da daxil olmaqla 37 İsrail rəsmisinin həbsinə order verilib.
Baş Prokurorluq onları soyqırımda, bəşəriyyətə qarşı cinayətlərdə, Qəzzanı kütləvi bombardman etməkdə, humanitar yardımın çatdırılmasına mane olmaqda ittiham edir.