ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin Avropa İttifaqı (Aİ) ölkələri üçün istehsal etdikləri koronavirusa qarşı vaksinin təxmini qiyməti açıqlanıb.
LEQAL.AZ teleqraf.com-a istinadla xəbər verir ki, İngiltərənin “Reuters” agentliyinin tədarüklərə dair danışıqlarında iştirak etmiş Aİ-nin rəsmisindən əldə etdiyi məlumata görə, 1 doza vaksinin təxmini qiyməti 15,5 avro təşkil edəcək.
Bildirilib ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin bir müddət öncə verdiyi açıqlamasına əsasən, Aİ-nin satın alma planlarına daxil olan, “Pfizer” və “BioNTech” şirkətlərinin istehsal etdiyi 300 milyon doza vaksinin qiyməti 4,6 milyard avro təşkil edəcək.