Rusiya Federasiyasının Vladimir vilayətində müəllimləri daşıyan avtobus ilə yük maşını toqquşub.
Bu barədə vilayət qubernatoru Aleksandr Avdeyev "Telegram" kanalında məlumat verib.
Hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan ikisi reanimasiyadadır.
Yeddi nəfərin vəziyyəti orta-ağırdır.
Qəza zamanı avtobusun sürücüsü yerindəcə dünyasını dəyişib./Lent.az