HƏMAS radikal qruplaşması son iki həftə ərzində Qəzza bölgəsindən İsrailin ərazisinə 6,9 mindən çox raket atıb.
Statistik məlumatı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, İsrailə 6900-dən çox raket atılıb ki, onların da 450-dən çoxu uğursuz buraxılış olduğu üçün Qəzza ərazisinə düşüb.
İki həftə ərzində atılan raket və HƏMAS terrorçuları 1400-dən çox şəxsin ölümünə səbəb olub. Ümumilikdə 4 600-dən çox insan yaralanıb, 200-dən çox İsrail və xarici dövlətlərin vətəndaşları girov götürülüb.
Vurğulanıb ki, HƏMAS mindən çox yaraqlısı və onlarla lideri zərərsizləşdirilib.