Malidə (Qərbi Afrika), şənbə günü, sentyabrın 23-ü günortadan sonra, ehtimal ki, Rusiyanın Wagner özəl hərbi şirkətinin yaraqlılarının istifadə etdiyi İl-76 nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Leqal.az yerli mətbuata istinadən xəbər verir ki, təyyarənin Belarusun “Rubystar Airways” şirkətinə məxsus olduğu ehtimal edilir.
"Görünür, Yevgeni Priqojinin təyyarəsi Vaqnerin faciələrinin sonuncusu deyil" deyə jurnalistlər yazır.