Ermənistanda baş verən qarşıdurmalarda xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər

Ermənistanda baş verən qarşıdurmalarda xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər
  • Dünya

  • Ermənistanın paytaxtı İrəvanda hökumət binasının qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə vətəndaşlar arasında baş verən qarşıdurmada hər iki tərəfdən yaralananlar var.

    Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yaralılara yerindəcə yardım göstərilib, onlardan bəziləri xəstəxanaya göndərilib.

    Səhiyyə qurumu diqqətə çatdırıb ki, hazırda xəsarət alan şəxslər lazımi tibbi müayinədən keçirlər.

    Qeyd edək ki, İrəvanda ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər