Türkiyədə sel

Türkiyədə sel
  • Dünya

  • Türkiyənin Kırıkkale rayonunda güclü yağışların səbəb olduğu sel zamanı 5 nəfər itkin düşüb.

    Leqal.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

    Məlumata görə, itkin düşənlərdən biri azyaşlıdır.

    Həmçinin, çox sayda evin su altında qaldığı bildirilib.

    İtkin düşənlərin axtarışı davam etdirilir.

    ***

    Seldə itkin düşən şəxslərdən 2-nin meyiti tapılıb, daha 4 nəfərin axtarışları aparılır.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

    Qeyd edilir ki, bu vaxta kimi 6 nəfər seldən xilas edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər