Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UNİAN nəşri məlumat yayıb.
Nəticədə 4 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib ki, Kramatorska iki raket zərbəsi endirilib:
"Rusiya insanların sıx toplaşdığı yerləri hədəfə alıb. İctimai iaşə obyektinin binalarına və bir neçə fərdi evə ziyan dəyib”.
Nazir vurğulayıb ki, dağıntılar altında insanlar ola bilər.