“Vaqner” qrupunun lideri Yevgeni Priqojin silah qıtlığından danışanda hamını aldadıb, çünki son iki ayda qiyama hazırlıq üçün sursat yığıb.
Leqal.az xəbər verir ki, bu barədə Rusiyanın gulagu.net hüquq müdafiə saytı məlumat yayıb.
Mənbə “vaqnerçilər”in hazırda çoxlu silahlara sahib olduqlarını iddia edir.
“Priqojin aprel-may aylarında iddia etdiyi sursat çatışmazlığı barədə yalan danışıb, çünki onların ixtiyarında çoxlu MANPADS və qənimət “Javelin”lər var. Təhlükəsizlik Xidmətindən olan mənbə bildirib ki, hadisələrin inkişafının bu ssenarisinə hazırlıq iki aydan çox davam edib”, - məlumatda deyilir.
Sayt qeyd edir ki, Rostovun tutulmasına Aleksandr Kuznetsov (“Ratibor”), vilayətin şimal-şərq hissəsinin müdafiəsinə Fedir Leşuk (“Barin”) rəhbərlik edir.