İran Prezidenti Seyid İbrahim Rəisi Latın Amerikası ölkələrinə səfərə gedib.
Bu barədə “İRNA“ agentliyi məlumat yayıb.
Bildirilib ki, Rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Latın Amerikası turu çərçivəsində bu gün Venesuelaya gedib.
İran lideri ikitərəfli münasibətləri gücləndirmək məqsədilə Venesuela ilə yanaşı, Nikaraqua və Kubaya da səfər etməyi planlaşdırır.
Qeyd olunub ki, bu səfər İran prezidentinin son 21 ayda 13-cü xarici səfəridir.
Nümayəndə heyətində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Prezident Administrasiyasının rəhbəri, İranın 13-cü hökumətinin neft naziri Cavad Ouci, İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Məhəmmədrza Gərayi Aştiani və digər rəsmi şəxslər yer alır.
Həmçinin o da əlavə olunub ki, İranla Venesuela, Nikaraqua və Kuba arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanacaq.