Bəzi NATO ölkələri Vilnüs sammitində Kiyevə Alyans üzvləri tərəfindən təhlükəsizlik zəmanəti verilməsə, öz qoşunlarını Ukrayna ərazisində yerləşdirmək imkanını nəzərdən keçirə bilər.
Leqal.az-ın “The Guardian“a istinadən verdiyi xəbərə görə, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
Rasmussen qeyd edib ki, Ukraynanın yazılı təhlükəsizlik zəmanətinə ehtiyacı var.
Onun fikrincə, bu təminatlara kəşfiyyat məlumatlarının mübadiləsi, birgə təlim, hərbi təchizat istehsalının artırılması, NATO ilə qarşılıqlı fəaliyyət və Rusiyanı cilovlamaq üçün kifayət qədər silahların tədarükü daxildir.//apa