Ukraynadan Kremlə hücumla bağlı ilk AÇIQLAMA

Ukraynadan Kremlə hücumla bağlı ilk AÇIQLAMA
  • Dünya

  • Xəbər verdiyimiz kimi, dünən 2 PUA ilə Kremlə hücuma cəhd edilib. 

    Rusiya hücumu Putinə qarşı sui-qəsd cəhdi kimi qiymətləndirib. Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat katibi Serhiy Nikiforov məsələ ilə bağlı açıqlama verib.

    "Bizim Kremlə qarşı qondarma hücumlardan xəbərimiz yoxdur. Prezident Zelenskinin dəfələrlə dediyi kimi, Ukrayna başqalarına hücum etmək üçün deyil, öz torpaqlarını azad etmək üçün əlində olan bütün vasitələrdən istifadə edir", - Nikiforov deyib.

    Qeyd edək ki, bir ildən artıqdır ki, Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyada dünya ictimai rəyinin diqqətini çəkən anlar yaşanıb. Kremlə 2 PUA ilə hücum edilib. Rusiya tərəfindən verilən açıqlamada "Kremlə pilotsuz təyyarələrlə hücum edilib. Pilotsuz təyyarələr zərərsizləşdirilib. Hücumu Putinə qarşı sui-qəsd cəhdi kimi qiymətləndiririk. Rusiya prezidenti Vladimir Putinə zərər dəyməyib. Cavab vermək haqqımızı özümüzdə saxlayırıq",- deyə bildirilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər