Tacikistanda 7,2 bal gücündə zəlzələ baş verib

Tacikistanda 7,2 bal gücündə zəlzələ baş verib
  • Dünya

  • Tacikistanda Çinlə sərhəddə 7,2 bal gücündə zəlzələ baş verib.

    LEQAL.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi bildirib.

    Məlumata əsasən, zəlzələ Pekin vaxtı ilə saat 8:37-də qeydə alınıb, onun episentri Çinin Sincan-Uyğur Muxtar Rayonu ilə sərhədindən təxminən 82 km aralıda, 10 km dərinlikdə yerləşib.

    Çin KİV-ləri zəlzələnin Sincanda bir sıra yaşayış məntəqələrində güclü hiss edildiyini bildirib. Zəlzələnin episentrindən 300 km məsafədə 10 iri və orta şəhər var, ən yaxını isə episentrdən təxminən 160 km aralıda yerləşən Xoroqdur.

    Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər