İsveçin Türkiyədəki səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
LEQAL.AZ Anadolu agentliyinə istinadla xəbər verir ki, buna səbəb sabah Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Qurani-Kərimin yandırılmasına icazə verilməsi olub.
Səfirin diqqətinə çatdırılıb ki, PKK-ya bağlı dairələrin bu cür təxribat xarakterli hərəkətlərinə icazə vermək olmaz və şiddətlə qınanılır. İsveçin mövqeyinin qəbuledilməz olduğu, müqəddəs dəyərlərin təhqir oluna bilməyəcəyi vurğulanıb.
“PKK-ya bağlı dairələrin sabah Stokholmun mərkəzində keçirəcəyi nümayiş, terror təşkilatları və onların havadarlarının təbliğat fəaliyyətinə icazə verilməsi üçtərəfli razılaşmanın (Türkiyə, İsveç və Finlandiya arasında) açıq şəkildə pozulmasıdır”, - deyə qeyd olunub.