Puşkini dueldə öldürən şəxsin fotosu 5200 dollara satıldı

Puşkini dueldə öldürən şəxsin fotosu 5200 dollara satıldı
  • Dünya

  • Rus şairi Aleksandr Puşkini dueldə öldürən Jorj Dantesin fotosu 5200 dollara hərracda satılıb.

    Bu barədə “Ədəbiyyat fondu” hərracının mətbuat xidməti məlumat yayıb.

    “XIX əsrin ikinci yarısı - XXI əsrin əvvəlləri” adlı hərracda ümumilikdə 230-dan çox nadir fotoşəkil təqdim olunub. Hərrac iştirakçıları əksər lotların ilkin dəyərini artırıblar.


    Dantesin portretinin qiyməti üç dəfədən çox artırılıb. Şəklin ilkin qiyməti 1400 min dollar olub.

    1837-ci ildəki dueldən sonra Dantes Rusiyanı tərk edərək Fransaya gedib və burada siyasi karyera qurub. Foto 1865-ci ildə Parisdə çəkilib.

    Mənbə: gazeta.ru
    PAYLAŞ:

    Oxşar xəbərlər