Ukrayna Prezidenti Volodimir Zelenski müharibə nəticəsində Donetsk cəbhəsindəki Baxmut şəhərinin demək olar ki, tamamilə məhv edildiyini bildirib.
Zelenski bu haqda teleqram hesabında paylaşım edib.
O, videomüraciətdə Rusiya-Ukrayna müharibəsində ən şiddətli toqquşmaların Donetsk cəbhəsində davam etdiyini qeyd edib.
Zelenski Donbas, Baxmut, Soledar, Maryinka və Kreminada vəziyyətin çox ağır olduğunu vurğulayıb:
“Artıq uzun müddətdir ki, bu ərazilərdə atəşin və mərmilərin zədələnmədiyi yer qalmayıb. İşğalçılar Baxmut şəhərini tamamilə məhv edərək, onu yandırılmış əraziyə çevirdilər”.