Rumıniyada koronavirusa gün ərzində yoluxanların sayı 10 mini keçib

Rumıniyada koronavirusa gün ərzində yoluxanların sayı 10 mini keçib
  • Dünya

  • Rumıniyada koronavirusa yoluxanların sayı 287 min 62 nəfərə çatıb. azərtac Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 10260 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 7663 nəfərdir, 195 min 971 nəfər sağalıb.

    Qeyd edək ki, noyabrın 9-dan ölkədə daha sərt karantin rejimi tətbiq ediləcək. Axşam 23:00 sonra evdən çıxmaq tövsiyə olunmur, məktəblərdə dərslər onlayn keçir, mağazalar daha tez bağlanır, bütün ölkə ərazisində həm qapalı həm açıq məkanlarda maska taxmaq icbaridir. Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.
    PAYLAŞ:

    Oxşar xəbərlər