“Baydendən tələb ediblər ki, Rusiyanın dondurulmuş aktivlərini təcili Ukaynaya versin” - NYT

“Baydendən tələb ediblər ki, Rusiyanın dondurulmuş aktivlərini təcili Ukaynaya versin” - NYT
  • Dünya

  • ABŞ Prezidenti Co Bayden təcili olaraq, Rusiya Mərkəzi bankının dondurulmuş hesabından 100 milyard dollar vəsaitin humanitar yardım və hərbi kömək kimi Ukraynaya verilməsi barədə qərar qəbul etməlidir.

    Belə çağırışla Harvard konstitusiya hüququ professorları Lorens Trayb və hüquqşünas Ceremi Levin çıxış ediblər. Onların açıq məktubundan parçaları «The New York Times» sitat gətirir.

    Hüquqşünaslar hesab edirlər ki, bu vəsaitlərin istifadəsi Ukraynaya kömək üçün ABŞ vergi ödəyicilərinin «yükünü» yüngülləşdirər və güclü siqnal göndərər ki, ABŞ dünyanın ən güclü dövlətini də öz cinayətlərinə görə bədəl ödəməyə məcbur etməkdə qərarlıdır.

    Məktubda həm də Prezident Corc Buşun 2003-cü ildəki Səddam Hüseyn hökumətinin dondurulmuş aktivlərinin İraq xalqının humanitar ehtiyaclarına və terror qurbanlarına kompensasiya kimi istifadəsi barədə qərarı xatırladılır./azpolitika.info

    «Baxmayaraq ki, Moskva, əlbəttə, ABŞ-ı səs-küylə günahlandıracaq, müəlliflərin fikrincə, bunu qulaqardına vurmaq olar - Ukrayna xalqının ehtiyacı bu ittihamdan ağır gəlməlidir» - müraciət müəllifləri əmindirlər.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər