Pakistanın şimalında çovğun nəticəsində yaranan tıxac insan tələfatına səbəb olub.
"Leqal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Polisin məlumatına görə, tıxac nəticəsində azı 21 nəfər dünyasını dəyişib. Altı nəfər avtomobillərdə donaraq ölüb.
Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhmədin sözlərinə görə, güclü qar yağan zaman minə yaxın avtomobil magistralda qalıb. /Report