Göygöldə yabanı halda bitən 4 tona yaxın çətənə kolları məhv edilib

Göygöldə yabanı halda bitən 4 tona yaxın çətənə kolları məhv edilib
  • Cəmiyyət

  • Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Firuzabad qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, ümumi çəkisi 3 ton 800 kiloqramdan artıq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər