Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 392 nəfər müalicə olunaraq sağalıb, 242 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 333 min 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 323 min 198 nəfər müalicə olunaraq sağalıb, 4896 nəfər vəfat edib. Aktiv xəstə sayı 5465 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 496 min 635 test aparılıb. Bugünkü test sayı isə 10254-dür.