Azərbaycanda koronavirus infeksiyasından daha 533 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus infeksiyasından daha 533 nəfər müalicə olunaraq sağalıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 533 nəfər müalicə olunaraq sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 333 min 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 322 min 806 nəfər müalicə olunaraq sağalıb, 4891 nəfər vəfat edib. Aktiv xəstə sayı 5620 nəfərdir.

    Ötən müddət ərzində 3 milyon 486 min 381 test aparılıb. Bugünkü test sayı isə 9369-dur.
    PAYLAŞ:

    Oxşar xəbərlər