Aprelin 26-sı Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Layihələrin idarə olunması" mövzusunda onlayn seminar keçirildi.
Təlimçi Zəhra Həşimova çıxışında layihənin xüsusiyyətləri, yazılması və idarə edilməsi haqqında ətraflı məlumat verdi.
Vebinarda, həmçinin layihədə uğur və uğursuzluqların səbəbi, risklərin həlli ilə bağlı məsələlər də müzakirə olundu.
Sonda Zəhra Həşimova könüllülərin suallarını cavablandırdı.
LEQAL.AZ