Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət
  • Cəmiyyət

  • Dünyada son bir gündə koronavirusa 894 mindən çox yoluxma qeydə alınıb. LEQAL.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

    Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 894 043 hal qeydə alınıb, COVID-19-dan 14 151 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 144 358 956, ölüm hallarının sayı 3 066 113 təşkil edir.

    Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 31 530 214 nəfər virusa yoluxub. Daha sonra Hindistan (16 263 695) və Braziliya (14 122 795) gəlir.
    PAYLAŞ:

    Oxşar xəbərlər