Bakıda gecə reydləri başladı - sərxoş sürücülər saxlanıldı

Bakıda gecə reydləri başladı - sərxoş sürücülər saxlanıldı
  • Cəmiyyət

  • Dəfələrə xəbərdarlıq edilməsinə baxmayaraq hələ də sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər var.

    LEQAL.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, bunu gecə keçirilən reyddə aşkar olunan belə sürücülər deməyə əsas verir.

    Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları reyd zamanı işıq cihazından düzgün istifadə etməyən sürücünü saxladıblar. Sürücü yoxlanarkən onun sərxoş olduğu üzə çıxdı.

    Sürücü Valeh İmamrzayevi yol polisi sərxoşluğun müayinə mərkəzinə gətirdi.

    Gecə yoxlaması zamanı avtomobili sənədsiz idarə edən sürücü də saxlanıldı. Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanan xanım sürücünün atasına məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi aşkar olundu.

    Reyddə avtomobilində maska taxmadan sərnişin aparan sürücü də saxlanıldı. Törətdiyi xəta yol polisi tərəfindən ona izah edildi.

    Həmin sürücü də tibbi maskadan istifadə etmədiyi üçün inzibati qaydada cərimə olundu. Gecə boyu keçirilən reyd zamanı ağır yol nəqliyyat hadisəsinin də şahidi olduq. Gözləmədən yol ayrıcına çıxan minik avtomobili bir cipi vuraraq aşırıb. Qəza zamanı cipin sürücüsü xəsarət alıb.

    Əraziyə gələn yol polisi hər iki nəqliyyat vasitəsini cərimə meydançasına apardı. Qəza ilə bağlı isə avtoekspertiza təyin olundu.


    BAKU.WS
    PAYLAŞ:

    Oxşar xəbərlər