Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür.
Bu barədə şəhidimizin qızı sosial şəbəkədə foto paylaşaraq qeyd edib.
Bildirək ki, Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində dünyaya göz açıb. O, 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı fərqlənmişdir, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Şükür Həmidov 2016-cı ilin Aprel döyüşləri zamanı göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1966 nömrəli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub.
Allah rəhmət eləsin!
unikal.org