"Mən 30 il gözləmişəm ki, Azərbaycan torpaqları işğaldan azad olunsun".
LEQAL.AZ unikal.org-a istinadən bildirir ki, bu açıqlamanı Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. O, bildirib ki, doğma torpağı uğrunda canından keçib, şəhid olmağa hazırdır:
"Bu, işğaldan azad olunmuş torpaqlarımız uğrunda aparılan mübarizədir. Mən torpaqlarımız yolunda canımı da qurban verməyə hazıram. Şuşa ilə bağlı ən böyük arzum doğma şəhərimin işğaldan azad olunmasıdır. İstəyirəm ki, Şuşa şəhərimiz əvvəlki həyatına qayıtsın. Şuşa işğaldan azad olunan kimi abadlıq, quruculuq işlərinə başlamaq istəyərdim. Lazım olarsa, orada fəhlə kimi "lapatka" götürüb işləyəcəm".