Polis əməkdaşları işğaldan azad olunmuş ərazilərdə silah-sursatın aşkarlanması istiqamətində profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş növbəti tədbirlər zamanı Xocavənd rayonunda Üçtəpə adlanan ərazidə erməni hərbi birləşmələrinin atıb qaçdığı bir avtomat, bir karabin, bir tüfəng, RQD-5 tipli 8 əl qumbarası və alışdırıcıları, 20 avtomat sandığı, 3500-dək avtomat və pulemyot gülləsi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.