DİN və Baş Prokurorluq vətəndaşların işğaldan azad edilmiş ərazilərə icazəsiz keçmələri ilə bağlı birgə məlumat yayıb VİDEO

DİN və Baş Prokurorluq vətəndaşların işğaldan azad edilmiş ərazilərə icazəsiz keçmələri ilə bağlı birgə məlumat yayıb VİDEO
  • Cəmiyyət

  • Daxili İşlər Nazirliyi və Baş Prokurorluq vətəndaşların işğaldan azad edilmiş ərazilərə icazəsiz və nəzarət postlarından kənar yollarla keçmələri halları ilə bağlı məlumat yayıb.

    Hər iki qurumun mətbuat xidmətlərinin LEQAL.AZ-a daxil olan birgə məlumatında bildirilib ki, işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib. Lakin buna baxmayaraq, hələ də ayrı-ayrı şəxslərin işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla daxil olmaları barədə məlumatlar əldə edilməkdədir.

    Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 4-də Füzuli rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə əraziyə qanunsuz yollarla keçmiş 7 nəfər aşkarlanaraq saxlanılıblar.

    Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallarla birlikdə Füzuli Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan 6 nəfəri barəsində 30 sutka inzibati qaydada həbs, 1 nəfər barəsində isə 150 manat məbləğində cərimə tətbiq olunub.

    Hazırda müvafiq araşdırmalar aparılır.

    “Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”, - deyə birgə məlumatda qeyd olunub.

    PAYLAŞ:

    Oxşar xəbərlər