YAP Səbail rayon təşkilatında Gənclər Günü münasibətilə videokonfrans keçirilib

YAP Səbail rayon təşkilatında Gənclər Günü münasibətilə videokonfrans keçirilib
  • Cəmiyyət

  • Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə videokonfrans keçirilib.

    LEQAL.AZ xəbər verir ki, partiyanın gənc fəallarının iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli, YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərli, Vətən müharibəsinin iştirakçısı, müzəffər Azərbaycan Ordusunun qalib əsgəri İmran Məmmədov, YAP Səbail rayon Gənclər Birliyi Şurasının üzvü Aygün Kazımova, YAP Səbail rayon təşkilatı Könüllülər Birliyinin rəhbəri Rəşad İmanov, rayon partiya təşkilatının stajeri Aytac Məhərrəmli, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-rektoru Cavidan Adilzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektorunun köməkçisi Cavid Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YAP GB sədri Aytəkin Hacıyeva, Qərb Kaspi Universitetinin YAP GB və Tələbə Gənclər Təşkilatının sədri Xalid Mirzəyev və YAP Səbail rayon təşkilatı Könüllülər Birliyinin üzvləri Taleh Mansurov, Xatun Kərimova və İlahə Məmmədova Vətən müharibəsində qalib Azərbaycanın müasir gəncliyi, Azərbaycanda dövlət gənclər siyasəti, 1996-cı ildən etibarən keçirilən Azərbaycan Gənclərinin Forumları, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası, YAP Gənclər Birliyinin görülən işlərdə xüsusi rolu və töhfələri mövzularında çıxışlar ediblər.

    Tədbirdə Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsi böyük ehtiramla yad olunub, qazilərimizə şəfa arzulanıb. Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı Vətənpərvərlər Təşkilatının” sədri, gənc muğam ifaçısı Yusif Cəfərbəyli şəhid Xudayar Yusifzadənin ifasında məşhurlaşan və “Xudayar təsnifi” kimi tanınan “Vətən yaxşıdır” mahnısını ifa edib. Videokonfransda 2020-ci il ərzində rayon partiya təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən gənclər YAP Səbail rayon təşkilatının fəxri fərmanları və sertifikatları ilə təltif olunublar.

    YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə tarixi və dəyərli hədiyyəsi olan Gəncləri Günü münasibətilə bütün gəncləri səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, təhsil sahəsində, şəxsi həyatlarında, ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Gənclik sözünün gözəllik, yenilik, inkişaf, tərəqqi, yaradıcılıq, interaktivlik, mütərəqqi dəyişikliklərlə xarakterizə olunduğunu qeyd edən Ş.Hacıyev bütün gənclərə insan həyatının ən gözəl və qibtə olunacaq dövründə həm özləri, ailələri, həm də Vətənimiz, dövlətimiz üçün faydalı olmağı, potensiallarını, bilik və bacarıqlarını ölkəmizin tərəqqisi və inkişafı naminə uğurla reallaşdırmağı tövsiyə edib.


    PAYLAŞ:

    Oxşar xəbərlər