Baş prokuror: Keçən il 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib

Baş prokuror: Keçən il 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib
  • Cəmiyyət

  • Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

    Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, bu barədə Baş prokuror Kamran Əliyev rəhbərliyi ilə yanvarın 8-də keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

    Əməliyyat müşavirəsində 2020-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər