Səhiyyə Nazirliyi koronavirus ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə dekabr ayı üzrə müddətli əlavələr ödəyib

Səhiyyə Nazirliyi koronavirus ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə dekabr ayı üzrə müddətli əlavələr ödəyib
  • Cəmiyyət

  • “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 noyabr tarixli 442 nömrəli qərarına əsasən dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

    Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1650 tibb işçisinə 1,5 milyon manat məbləğində müddətli əlavə ödənilib.

    Bu barədə LEQAL.AZ-a nazirliyin mətbuat xidmətindən bildirilib.

    Qeyd edilən işçilərin əməkhaqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər